Bank Of Baku

Prokurorluq Goranboydakı qətllə bağlı məlumat yayıb

Prokurorluq Goranboydakı qətllə bağlı məlumat yayıb
# 31 oktyabr 2022 09:51 (UTC +04:00)

Oktyabrın 30-u saat 19 radələrində 1993-cü il təvəllüdlü Zəhra Babayevanın kirayədə yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Bəbir Həsənlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Zəhra Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bəbir Həsənli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR