Bank Of Baku

Qalada yol qəzası olub, 18 yaşlı gənc ölüb

Qalada yol qəzası olub, 18 yaşlı gənc ölüb
# 02 avqust 2025 10:27 (UTC +04:00)

Qala qəsəbəsində qəzaya düşən 18 yaşlı yeniyetmə xəstəxanada ölüb.

APA xəbər verir ki, hadisə Qala qəsəbəsindən Pirallahı rayonu istiqamətinə olan yolda baş verib.

Məlumata görə, 1961-ci təvəllüdlü Balatir Əliyev idarə etdiyi “VAZ 2104” markalı avtomaşın ilə hərəkətdə olarkən, piyada – 2007-ci il təvəllüdlü Polad Hüseynovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən Sabunçu tibb mərkəzində ölüb.

Faktla bağlı Xəzər RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR