Qarabağda qanunsuz silahlı birləşmələrə cəlb olunmuş xarici vətəndaşın ibtidai istintaqa ifadəsi elan olunub - YENİLƏNİB-1

Təqsirləndirilən Dubakov Eduard Sergeyeviç

© APA | Təqsirləndirilən Dubakov Eduard Sergeyeviç

# 07 iyul 2021 16:51 (UTC +04:00)

Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə şahid qismində Arif Osmanov dindirilib.

O, ifadəsində Hərbi Qənimətlər Parkının yaxınlığında gəzərkən təqsirləndirilən şəxsin saxlandığının şahidi olduğunu deyib: "Bizi dəvət etdilər. Onum üzərində və çantasına baxış keçirildi. Çantasından erməni və rus dillərində yazılar və telefon var idi".

Prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib.

Sənədlərdə qeyd olunub ki, Dubakov bir neçə dəfə Rusiyadan Ermənistana, oradan da Azərbaycanım işğal altında olan torpaqlarına səfər edib.

O, Ermənistanda olan "Voma" təşkilatına üzv olaraq, Azərbaycanın işğal edilmiş ərazisində hərbi təlimlərdə iştirak edib, təşkilatın rəhbəri Vladimr Vartanovla tanışlığı yaranıb. 2019-cu ildə təlimlərə qatılıb.

Təşkilatın rəhbəri Qarabağda Ermənistan tərəfindən müharibə iştirak edən ilk kəşfiyyat qrupunun rəhbəri Vladimir Vartanov olub.

Rusiya Federal Xidmətinin arayışında qeyd olunub ki, Eduard Dubakov Rusiyadan Ermənistana 2018-2019-cu illərdə bir neçə dəfə səfər edib.

Telefonuna baxış keçirilən zaman "artsaxski" adlı istifadəçi ilə yazışmaları aşkar edilib.

Bundan başqa, telefon yazışmalarında müəyyən edilib ki, Dubakov Artyom, Samir Mirzoyan, Zararyan və digər şəxslərlə telefon zəngləri var.

Eduard Dubakovun istintaqa verdiyi ifadə elan edilib.

Dubakov istintaqa verdiyi ifadəsində bildirib ki, 2018-ci ildə sentyabr-oktyabr ayında sosial şəbəkələrdə "Voma" təşkilatının videoçarxını izləyib: "Videoçarxlarda təşkilatın hərbi təlimlər keçirdiyini şahid oldum. Təşkilat haqqında maraqlandım. Onların məqsədi Dağlıq Qarabağda azərbaycanlılara qarşı döyüşlərdə iştirak etmək üçün gənc kadrlar hazırlamaq idi. Rusiyada yaşamağıma baxmayaraq, ata tərəfindən erməni olduğumu unutmamışam. Həmin videoya baxdıqdan sonra erməni xalqına kömək etmək istədim. Ona görə də "Voma" təşkilatı ilə əməkdaşlıq etmək qərarı verdim. İnternet üzərindən təşkilata üzv oldum. Daha sonra 2018-ci ildə Ermənistana gəldim. Orada təşkilat tərəfindən təlimlərə cəlb olundum. Təşkilatda digər ölkələrdən gələrək təlimlərdə iştirak edən şəxslər də var idi. Təlimlərdə məqsəd Dağlıq Qarabağda Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək, dinc əhali arasında vahimə yaratmaq və partlayışlar törətmək idi. 2018-ci ildə bir neçə təlimdə iştirak etdim. Bizi Şuşaya, Xankəndiyə və digər ərazilərə apardılar. Orada döyüş olacaq ərazilərdə yerli şəraitlə tanış olduq. 2018-ci ilin sonunda Rusiyaya qayıtdım. Daha sonra 2019-cu ilin iyul ayında yenidən Ermənistana, oradan da işğal olunmuş ərazilərdə olmuşam, təlimlərdə iştirak etmişəm. 2021-ci ilin yanvar 14-də Azərbaycana gəlmişəm".

Proses iyulun 14-də davam etdiriləcək.

***

15.13

Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə şahid dindirilir.

***

07.06

Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə şahid dindiriləcək.

İttihama görə, Edurard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib.

Daha sonra bu il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib. Keçirilən əməliyyat nəticəsində E. Dubakov saxlanılıb.

Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR