Bank Of Baku

Qaradağda binanın damında köməksiz qalan şəxs xilas olunub

Qaradağda binanın damında köməksiz qalan şəxs xilas olunub
# 07 yanvar 2023 19:46 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yarımtikili binanın damından 1 nəfərin düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirlikdən APA-ya verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində binanın damında köməksiz vəziyyətdə qalan şəxs aşağı düşürülərək xilas olunması təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR