Bank Of Baku

Qaradağda yaşayış binasında yanğınla nəticələnən partlayış olub - FOTO

Qaradağda yaşayış binasında yanğınla nəticələnən partlayış olub - FOTO
# 16 avqust 2025 09:30 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-dən APA-ya bildirilib ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə nəticəsində ikiotaqlı mənzilin 1 otağının dəhlizinin yanar konstruksiyaları 26 m² sahədə və mətbəxin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb, partlayış nəticəsində 1 otağın pəncərə çərçivəsi yerindən çıxıb, digər otağın pəncərə şüşələri sınıb və mətbəxin əşyaları dağılıb, bir nəfər xəsarət alıb, qonşu mənzildən 3 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR