Bank Of Baku

Qaxda 64 yaşlı kişini avtomobil vurub öldürüb

Qaxda 64 yaşlı kişini avtomobil vurub öldürüb
# 22 sentyabr 2025 23:18 (UTC +04:00)

Qaxda 64 yaşlı kişini avtomobil vuraraq öldürüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 22 radələrində Qax şəhəri, Heydər Əliyev prospektində baş verib.

Belə ki, 29 yaşlı İlham Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə yolu keçən piyada, 1961-ci il təvəllüdlü Tağıyev Eldar Bayram oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR