Bank Of Baku

Qaxda ağacdan yıxılan kişi ölüb

Qaxda ağacdan yıxılan kişi ölüb
# 19 dekabr 2022 09:48 (UTC +04:00)

Qaxda 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Qax şəhəri ərazisində baş verib.

Qax şəhər sakini 1969-cu il təvəllüdlü Alberd Zurabaşvili yaşadığı evin həyətyanı sahəsində xurma ağacından yıxılıb.

Alberd Zurabaşvili hadisə zamanı aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR