Bank Of Baku

Qaxda avtomobil ağaca çırpılıb, ata və övladları xəsarət alıb

Qaxda avtomobil ağaca çırpılıb, ata və övladları xəsarət alıb
# 13 avqust 2023 19:29 (UTC +04:00)

Qaxda avtomobil ağaca çırpılıb, ata və övladları xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax şəhəri, S.Vurğun küçəsində baş verib.

Bakı şəhər sakini Pərvin Mehdiyev idarə etdiyi "BMW" markalı avtomobili ilə hərəkətdə olarkən, idarəetməni itirməsi səbəbindən avtomobil yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücü P. Mehdiyev və onun üç azyaşlı qızları 2012-ci il təvəllüdlü Banuçiçək Mehdiyeva, 2014-cü il təvəllüdlü Əsmənur Mehdiyeva, 2016-cı il təvəllüdlü Selcan Mehdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR