Bank Of Baku

Qaxda Bakı sakinini avtomobil vurub

Qaxda Bakı sakinini avtomobil vurub
# 29 iyun 2023 18:01 (UTC +04:00)

Qaxda Bakı şəhər sakinini avtomobil vurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kənd ərazisindən keçən hissəsində baş verib.

İbadət Nağıyev idarə etdiyi “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1984-cü il təvəllüdlü Bakı şəhər Xətai rayon sakini Elnur Məhərrəm oğlu Məhyəddinovu vurub.

Hadisə zamanı kəllə-beyn travması alan E.Məhyəddinov Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR