Bank Of Baku

Qaxda çayxanada ölüm hadisəsi baş verib

Qaxda çayxanada ölüm hadisəsi baş verib
# 25 may 2023 19:23 (UTC +04:00)

Qaxda çayxanada ölüm hadisəsi baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qax şəhər ərazisindəki çayxanaların birində baş verib.

1977-ci il təvəllüdlü Qax şəhər sakini İlham Adil oğlu Nəzərovun çayxanada çay içən zaman halı pisləşib.

Hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılsa da İ.Nəzərov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. İ.Nəzərovun ölümünün dəqiq səbəbləri araşdırılır.

Qeyd edək ki, İ. Nəzərov Qax incəsənət məktəbində müəllim işləyirdi.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR