Bank Of Baku

Qaxda qayalıq ərazidə yıxılaraq xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib - YENİLƏNİB-1 - FOTO

Qaxda qayalıq ərazidə yıxılaraq xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib - YENİLƏNİB-1  - FOTO
# 01 iyul 2023 19:22 (UTC +04:00)

Qaxda yüksək dağlıq ərazidə dərəyə yıxılan şəxs xəstəxanaya yerləşdirilib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Qaxın Zəyəm kənd sakini, 1993-cü il təvəllüdlü Abdullazadə Zəfər Mirzə oğlu Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Hazırda onun müayinəsi aparılır.

***

18:33

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qax rayonu, İlisu kəndində 1 nəfərin qayalıq ərazidən dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Abdullazadə Mirzə Zəfər oğlu qayalıq ərazidən dərinliyi təxminən 10 metr olan dərəyə yıxılaraq təhlükəli vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xüsusi xilasetmə əməliyyatı sayəsində vətəndaş dərədən çıxarılaraq xilas edilib və təcili tibbi yardım briqadasına təhvil verilib.

***

18:06

Qax rayon sakini dağlıq ərazidə yıxılaraq xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Qax rayonu Zəyəm kənd sakini 30 yaşlı Zəfər Abdullazadə rayon mərkəzindən 27 km məsafədə İlisu kənd inzibati ərazisində İlisi Dağ Hamamı adlanan əraziyə gəzməyə gedərkən ehtiyatsızlıqdan yıxılıb.

Z. Abdullazadənin yıxıldığı yerdən təxliyə edilməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti, DİN-nin Qax rayon Polis Şöbəsinin əməkdaşları və Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) həkim briqadası əraziyə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, Qaxda dağlıq ərazidə yıxılaraq xəsarət alan Zəfər Abdullazadə təxliyə olunub və hazırda müayinə olunması üçün xəstəxanaya aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR