Bank Of Baku

Qaxda yol qəzasında iki nəfər xəsarət alıb

Qaxda yol qəzasında iki nəfər xəsarət alıb
# 11 noyabr 2025 16:09 (UTC +04:00)

Qaxda minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunda, Qaxın Suskənd kəndi ərazisində baş verib.
İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı iki nəfər - 1961-ci il təvəllüdlü Balakən rayon sakini Asyat Hudulova və 1988-ci il təvəllüdlü Şəki rayon sakini Gülşa Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxansına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR