Qazaxda intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Orta Salahlı kəndində qeydə alınıb.
Şıxıyev Zaur Vaqif oğlu yaşadığı evdə özünü asıb.
Onun meyti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.
Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.