Bank Of Baku

Qazax sakinində qumbara və narkotik aşkarlanıb

Qazax sakinində qumbara və narkotik aşkarlanıb
# 17 iyun 2023 10:48 (UTC +04:00)

Qazax sakinində qumbara və narkotik aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Paşabəy Hüseynov saxlanılıb.

Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd qumbara və onun alışdırıcısı və narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Aşkar olunmuş maddi sübutlar müvafiq ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR