Bank Of Baku

Qazaxda 31 yaşlı kişi itkin düşüb

Qazaxda 31 yaşlı kişi itkin düşüb
# 24 mart 2025 18:19 (UTC +04:00)

Qazaxda 31yaşlı kişi itkin düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 1994-cü il təvəllüdlü Sadıqov Tamerlan Mustafa oğlu martın 20-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 165 sm, buğdayı saçlı, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində, qara rəngli gödəkcə olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Qazax Rayon Polis Şöbəsinin 022-295-14-97 şəhər və 055-816-04-37, 070-996-35-35mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR