Bank Of Baku

Qazaxda sakinlər qanunsuz saxladıqları ov silahlarını polisə könüllü təhvil veriblər - FOTO

Qazaxda sakinlər qanunsuz saxladıqları ov silahlarını polisə könüllü təhvil veriblər - FOTO
# 11 noyabr 2023 08:28 (UTC +04:00)

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

DİN-dən APA-ya bildirilib ki, keçirilən tədbirləri nəticəsində həftə ərzində 4 nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli, yivli və yivsiz ov silahlarını polisə könülllü təhvil veriblər.

Həmin silahlar müvafiq ekspertizaya təqdim edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR