Bank Of Baku

Qəbələdə 3 mağaza və çayxana yanıb - YENİLƏNİB

Qəbələdə 3 mağaza və çayxana yanıb - YENİLƏNİB
# 17 dekabr 2022 08:55 (UTC +04:00)

Qəbələ rayonunun Vəndam qəsəbəsində yanğın olub.

FHN-dən APA-ya verilən məlumata görə, qəsəbədə ümumi sahəsi 97 m² olan bir dam altında bir-birinə bitişik tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, sahəsi 12 m² olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, sahəsi 30 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, sahəsi 35 m² olan çayxananın yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı digər mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

07.30

Qəbələdə çay evi yanıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

Yanğın ümumi sahəsi 179 kvadratmetr olan obyektə bitişik 3 ərzaq mağazasına da keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR