Bank Of Baku

Qəbələdə 41 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb

Qəbələdə 41 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb
# 28 avqust 2024 10:02 (UTC +04:00)

Qəbələdə bıçaqlanma hadisəsi olub.

APA-nin Şirvan bürosu xəbər verir ki, gecə saat 03 radələrində 2008-ci il təvəllüdlü Ə.S. şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 41 yaşlı Zamiq Əbdürəhimova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR