Bank Of Baku

Qəbələdə avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var

Qəbələdə avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var
# 11 sentyabr 2025 10:28 (UTC +04:00)

Qəbələdə avtomobil qəzası baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 76-cı km-də, Qəbələ rayonu ərazisində baş verib.

36 yaşlı Elşən Səmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 36 yaşlı İsa Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR