Qəbələdə avtomobil qəzası baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə Qəbələ-Ağdaş avtomobil yolunun Kürd kəndindən keçən hissəsində, hava limanının yaxınlığında baş verib.
İlkin məlumata əsasən, “Opel” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Sürücü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.