Bank Of Baku

Qəbələdə avtomobil qəzası baş verib, 1 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB

Qəbələdə avtomobil qəzası baş verib, 1 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB
# 27 oktyabr 2024 10:03 (UTC +04:00)

Qəbələ də avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Soltannuxa kənd ərazisində Əmili kənd istiqamətində baş verib.

İlkin məlumata əsasən, VAZ 21015 markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, bir nəfər də ağır bədən xəsarəti alıb.

DIN Şəki regional qrupundan APA-ya bildirilib ki, baş vermiş avtomobil qəzası ilə bağlı araşdırma aparılır.

***

09:45

Qəbələdə avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Soltannuxa kənd ərazisində Əmili kənd istiqamətində baş verib.

İlkin məlumata əsasən VAZ 21015 markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb, hadisə nəticəsində bir nəfər yüngül, digəri isə ağır bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR