Bank Of Baku

Qəbələdə dağlıq ərazidə yanğın başlayıb, helikopter cəlb olunub - YENİLƏNİB - FOTO - VİDEO

Qəbələdə dağlıq ərazidə yanğın başlayıb, helikopter cəlb olunub - YENİLƏNİB  - FOTO  - VİDEO
# 14 avqust 2023 18:42 (UTC +04:00)

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri də yanğınsöndürmə işlərinə cəlb olunub.

Qeyd edilib ki, yanğınsöndürmə işləri, həmçinin FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər də iştirak edir.

***

16.49

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, hadisə ilə əlaqədar dərhal əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR