Bank Of Baku

Qətldə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Qətldə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
# 17 avqust 2023 16:21 (UTC +04:00)

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, aprelin 23-də Biləsuvar rayon sakini 1986-cı il təvəllüdlü Vüsal İlhamlının öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İbtidai istintaqla 1993-cü il təvəllüdlü Rüfət Əlizadənin Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla Vüsal İlhamlıya xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rüfət Əlizadəyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR