Bank Of Baku

Qoca Səmədovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətinə baxılıb

Qoca Səmədov

© APA | Qoca Səmədov

# 22 iyun 2023 17:08 (UTC +04:00)

Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədov vaxtından əvvəl azadlığa çıxmaqla bağlı məhkəməyə müraciət edib.

APA xəbər verir ki, müraciətində Qoca Səmədov cəzasının çəkilməmiş hissəsindən şərti olaraq azad edilməsini xahiş edib.

Lakin məhkəmə onun müraciətini təmin etməyib.

Qeyd edək ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub.

Onu da qeyd edək ki, Qoca Səmədov ürəyində yaranan problemdən əziyyət çəkir. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR