Bank Of Baku

Quba-Qusar yolunda içərisində 22 nəfər olan avtobus aşıb, ölən yoxdur - YENİLƏNİB

Quba-Qusar yolunda içərisində 22 nəfər olan avtobus aşıb, ölən yoxdur - YENİLƏNİB
# 13 avqust 2023 12:41 (UTC +04:00)

Bu gün səhər saatlarında Qusardan Quba istiqamətində hərəkətdə olan "Temsa" markalı sərnişin avtobusu aşıb. Belə ki, Quba rayonunun Digah kəndi ərazisində sürücü Ravil Mahmudovun idarə etdiyi avtobus yoldan çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə avtobusda 22 nəfər olub. Ölən yoxdur.

Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

***

12:03

Quba-Qusar yolunda avtobus aşıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Digah kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, qəza nəticəsində 10-dan çox xəsarət alan var.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR