Bank Of Baku

Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - YENİLƏNİB

Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - YENİLƏNİB
# 16 iyun 2023 14:23 (UTC +04:00)

Ötən gün axşam saatlarında güclü yağış nəticəsində yaranan sel sularının gətirdiyi lil və qaya parçalarının bağladığı Quba-Xınalıq yolunda hərəkət tam bərpa olunub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, sel suları avtomobil yolunun bəzi hissələrini yararsız hala salıb. Hazırda yol infrastrukturuna və yol qurğularına dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də yolda yaranmış vəziyyət barədə məlumat yayıb. Məlumatda bildirilib ki, güclü yağış nəticəsində yaranmış sel suları Quba-Xınalıq avtomobil yolunun bəzi hissələrini yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub. Bundan başqa, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.

Quba-Xınalıq avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 N-li Yol İstismarı” MMC-i tərəfindən təbii fəlakət baş verdiyi andan etibarən tədbirlər görülüb, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.

Təxirəsalınmaz tədbirlər nəticəsində yolboyu təhlükəsiz və fasiləsiz hərəkət bərpa olunub.

***

09.57

Ötən gün axşam saatlarından etibarən Quba rayonun dağlıq ərazilərinə leysan xarakterli yağış yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yağış sularının gətirdiyi qaya və daş parçaları Quba-Xınalıq yolunda hərəkəti məhdudlaşdırıb.

Hazırda yolun 50-57-ci km-də hərəkətin bərpası istiqamətində işlər davam etdirilir.

Quba Rayon Fövqəladə Hallar Komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, hərəkətin qısa zamanda bərpası istiqamətində işlər dava etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR