Bank Of Baku

Qubada bir ailənin 3 üzvü göbələkdən zəhərlənib

Qubada bir ailənin 3 üzvü göbələkdən zəhərlənib
# 02 oktyabr 2025 11:59 (UTC +04:00)

Quba rayonunun Səbətlər kəndində 3 nəfər göbələkdən zəhərlənib.

APA-nın Şimal bürosu xəbər verir ki, bir ailənin üzvləri - İqlimə Seyidova, onun əri Seyid Seyidov və övladları Ümman Seyidov meşədən topladıqları göbələyi yedikdən sonra özlərini pis hiss ediblər. Onlar Quba rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Onlara tibbi yardım olunub və ambulator müalicəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, oktyabrın 2-də saat 06:40 radələrində zəhərlənmə şübhəsilə 3 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1959-cu il (2 nəfər) və 1997-ci il təvəllüdlü şəxslərə dispepsiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR