Qubada evdən oğurluq edənlərin azadlıqda gəzməsi barədə iddialara cavab verilib

Qubada evdən oğurluq edənlərin azadlıqda gəzməsi barədə iddialara cavab verilib
# 20 iyun 2024 11:56 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Quba sakininin evindən oğurluq edən şəxslərin azadlıqda gəzməsi ilə bağlı iddialara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən xəbərə görə, məsələ ilə bağlı Quba RPŞ-də zəruri araşdırmalar aparılıb:

"Məlum olub ki, oğurluğu edən həmin şəxsin oğlu Tarverdiyev Zaur Zeynal oğludur. Zaur Tarverdiyev hazırda müvafiq xəstəxanada müalicə olunur. Müalicəsi tamamlandıqdan sonra həmin şəxsin barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR