Gədəbəydə Rusiya vətəndaşı olan sürücü 11 yaşlı piyadanı vuraraq öldürüb

Gədəbəydə Rusiya vətəndaşı olan sürücü 11 yaşlı piyadanı vuraraq öldürüb
# 27 iyun 2024 09:38 (UTC +04:00)

Gədəbəydə piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki Rusiya vətəndaşı idarə etdiyi "Lexsus" markalı minik maşını ilə hərəkətdə olan zaman yolu qarşı tərəfə keçməyən 2013-cü il təvəllüdlü Yusif İsmayılovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR