2024-cü ilin yanvar-may ayları ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 69,4 mln. manat vəsait ödənilib.
Dövlət Sosial Müdafiə Fondundan APA-ya verilən xəbərə görə, ötən ilin analoji dövrü ilə müqayisədə 5,4 mln. manat və ya 8,4% çox vəsait xərclənib.