Bank Of Baku

Qubada qəzada ölən va yaralanan şəxslərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Qubada qəzada ölən va yaralanan şəxslərin kimliyi məlum olub - FOTO  - YENİLƏNİB
# 24 sentyabr 2024 00:25 (UTC +04:00)

Qubada yol nəqliyyat hadisəsi zamanı ölən va yaralanan şəxslərin kimliyi bəlli olub.

Hadisə nəticəsində "Mercedes"in sürücüsü - Bakı şəhər sakini 1996-ci il təvəllüdlü Kənan Cabbarov ağır xəsarətlər alaraq Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

"Opel" markalı avtomobilin sürücüsü, Quba rayon sakini 1982-ci il təvəllüdlü Elşad Qayıbov isə, aldığı xəsarətlərdən həlak olub.

İlkin məlumata görə, qəzaya "Mercedes" markalı avtomobilin əks istiqamətdə hərəkət etməsi səbəb olub.



Quba şəhərinin Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, "Opel" markalı minik avtomobili ilə "Mercedes" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır xəsarətlər alıb.

Hazırda fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR