Bank Of Baku

Qubada toy karvanında qaydaları pozan 8 nəfər saxlanılıb

Qubada toy karvanında qaydaları pozan 8 nəfər saxlanılıb
# 14 noyabr 2025 19:46 (UTC +04:00)

Qubada toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozan 8 nəfər Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə P.Babayevin barəsində 8 sutka, Ş.Vəliyevin barəsində 15 sutka həbs tədbiri seçilib.

Saxlanılan digər şəxslərin barələrində də digər inzibati tənbeh tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR