Bank Of Baku

Qubadlıda döyüş sursatları aşkar edilib - FOTO

Qubadlıda döyüş sursatları aşkar edilib - FOTO
# 08 aprel 2023 09:04 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayonun Xudular kəndi ərazisindəki tərk edilmiş hərbi mövqelərdən döyüş sursatları aşkar edilib. Təhlükəsizlik tədbirlərinə riayət edilməklə 1 ədəd Faqot, 120 ədəd müxtəlif çaplı mərmi və 4216 ədəd müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Qubadlı RPŞ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR