Bank Of Baku

Quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub

Quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub
# 26 sentyabr 2024 15:04 (UTC +04:00)

Quldurluq etməkdə təqsirləndirilən Rəhman Qurbanəlizadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs son söz deyib.

Müşavirədən sonra hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki hadisə ötən ilin noyabrında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rəhman Qurbanəlizadə ona küçədə sataşan Emin Məmmədovu döyüb, daha sonra onun telefonunu alıb. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə ona elan edilən ittihamla özünü təqsirli bilməyib.

Zərərçəkmiş Emin Məmmədov isə ifadəsində təqsirləndirilən şəxsin ona dəyən ziyanı ödədiyini və ondan şikayətçi olmadığını bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR