Qusarda kanalda tapılan meyitin kəskin çürüdüyü məlum olub.
APA xəbər verir ki, ötən gün rayonun Gündüzqala kəndində meyiti tapılan şəxsin rayon sakini, əqli çatışmazlıqdan əziyyət çəkən, II qrup əlil olan Tahirə Qayıbxanova olduğu bilinib.
Meyiti müayinə zamanı onun üzərindən xəsarət aşkar edilməsə də, meyit kəskin çürüməyə məruz qalıb.