Bank Of Baku

Rüşvət almaqda ittiham olunan məktəb direktoruna hökm oxunub

Rüşvət almaqda ittiham olunan məktəb direktoruna hökm oxunub
# 31 oktyabr 2024 14:30 (UTC +04:00)

Rüşvət almaqda təqsirləndirilən məktəb direktorunun məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Vurğun Mənsimov 5 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Yardımlı rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru vəzifəsində çalışıb.

Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ittiham irəli sürülüb.

Cinayət işi üzrə 2 nəfər təhsil işçisi zərərçəkmiş qismində tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR