Etilen-Polietilen zavodunda hazırda yanan benzin çəninin içində 60 faiz məhlul var.
APA xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev deyib.
O bildirib ki, hazırda mütəxəssislər tərəfindən neftin çəkilməsi prosesi gedir: “Çəkilmə prosesi saatda 25 tona bərabərdir. Neftin çəkilməsi prosesi hardasa 6-7 saata çəkəcək. Bizim tərəfimizdən bütün istiqamətlərdə lazımı qədər monitor lülələri verilib. Yanan çənin və qonşu çənlərin soyudulması həyata keçirilir. Çalışırıq ki, yanan çəndən qonşu çənlərə yanğın keçməsin. Bununla bağlı bütün tədbirlər həyata keçirilir”.
Rza Xudiyev onu da qeyd edib ki, əməliyyata Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Hikmət Abbasov rəhbərlik edir.
Səlcuq Elçin
Əli Əliyev