Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Bəylik kəndi ərazisində baş verib.
Seyidlər kənd sakininin idarə etdiyi "VAZ 2107" markalı avtomobil yolu keçən, rayon ərazisində məcburi köçkünlər üçün nəzərdə tutulan şəhərcikdə məskunlaşan Ağdam rayon sakini, 1950-ci il təvəllüdlü Əlövsət Məmmədovu vurub.
Bir müddət sonra piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.