Bank Of Baku

Saatlıda narkotik bitkilərin gizli yetişdirilməsi üçün istifadə edilən tunel aşkarlanıb - VİDEO

Saatlıda narkotik bitkilərin gizli yetişdirilməsi üçün istifadə edilən tunel aşkarlanıb - VİDEO
# 15 avqust 2025 13:48 (UTC +04:00)

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Genişkənd kəndinin çöllük ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Rüstəm Əliverdiyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, baxış zamanı ayrı-ayrı məkanlarda xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilən 71 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

R.Əliverdiyev fərqli yerlərdə yetişdirdiyi çətənə bitkilərinə qulluq edən zaman qabaqcadan hazırladığı 4 xüsusi tuneldən istifadə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR