Bank Of Baku

Sabirabad sakini keçmiş arvadı və qaynına xəsarət yetirib, avtomobili əzib - VİDEO - YENİLƏNİB

Sabirabad sakini keçmiş arvadı və qaynına xəsarət yetirib, avtomobili əzib - VİDEO  - YENİLƏNİB
# 16 iyun 2023 11:22 (UTC +04:00)

Sabirabadda evə hücumla bağlı cinayət işi açılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov məlumat verib.

Məlumata görə, Sabirabad rayon sakini M.Əliyev Rayon Polis Şöbəsinə müraciət edərək gecə saatlarında keçmiş kürəkəni D.Mehdiyevin onların yaşadığı ünvana gəlməsi, evin qarşısında saxladığı "Mercedes" markalı avtomobili dəmir linglə yarasız hala salması, eləcə də ona və bacısına təhqir edərək xəsarət yetirməsi barədə məlumat verib. Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməli törədən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş D.Mehdiyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

***

10.33

Sabirabad sakini keçmiş arvadının yaşadığı evə hücum edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad şəhərində baş verib. Sabirabad şəhər sakini, 1983-cü il təvəllüdlü Əliyev Miri Qurban oğlu APA-nın Mil-Muğan bürosuna bildirib ki, gecə saat 00.30 radələrində keçmiş kürəkəni, Kürdəmir rayonunun Mehdili kənd sakini, 1983-cü il təvəllüdlü Mehdiyev Daşqın Mehman oğlu sərxoş halda onların yaşadığı evə hücum edib. Evin qarşısında dayanan, onlara məxsus "Mercedes" markalı avtomobili dəmir linglə yarasız hala salıb. İnsidentin qarşısını almaq istəyən keçmiş qaynı M.Əliyevə və keçmiş həyat yoldaşı 1988-ci il təvəllüdlü Günel Mehdiyevaya xəsarət yetirib. Hadisənin görüntüləri müşahidə kamerasına düşüb.

Həmin şəxs polis tərəfindən saxlanılıb.

Günel Mehdiyeva 13 il evlilikdən sonra 3 il əvvəl həyat yoldaşından ayrılıb. Həyat yoldaşından şiddət görən G.Mehdiyeva 2 il "Ümid" sığınacağında 2 övladı ilə yaşayıb. Daha sonra Sabirabad rayonuna köçüb. Hazırda faktla bağlı Sabirabad Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR