Bank Of Baku

Sabirabad sakinindən 2kq-dan artıq heroin aşkar edilib

Sabirabad sakinindən 2kq-dan artıq heroin aşkar edilib
# 30 sentyabr 2024 14:17 (UTC +04:00)

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ağaqulu Tağıyev saxlanılıb. Onun üzərindən 2 kiloqramdan artıq heroin aşkar edilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırmalar zamanı A.Tağıyevin narkotik vasitəni sosial şəbəkələr vasitəsilə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan iranlı narkotacirdən aldığı müəyyən edilib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR