Sabirabadda 13 gün əvvəl Kür çayında batan şəxsin meyiti tapılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, oktyabrın 3-də Cavad kəndi ərazisində Kür çayında boğulan Sabirabad rayonunun Türkədi kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Laiq Telman oğlunun meyiti batdığı yerdən 5 km aralıda aşkar edilərək sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.