Sabirabadda avtomobil 80 yaşlı kişini vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Qaratoğay kənd sakini, 1944-cü il təvəllüdlü Hüseynəliyev Yusif Oruc oğlunu yük maşını vurub. Piyada ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.