Bank Of Baku

Sabirabadda baş verən qəzada xəsarət alan 10 nəfərin vəziyyəti açıqlanıb - FOTO - VİDEO - YENİLƏNİB-1

Sabirabadda baş verən qəzada xəsarət alan 10 nəfərin vəziyyəti açıqlanıb - FOTO  - VİDEO  - YENİLƏNİB-1
# 17 mart 2026 23:26 (UTC +04:00)

Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

APA xəbər verir ki, bu barədə Şirvan Şəhər Mərkəzi Xəstəxanası məlumat yayıb.

Bildirilib ki, martın 17-də saat 18:15 radələrində baş verən qəza nəticəsində 10 nəfər (1 kişi, 9 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub.

Xəsarət alanlardan 8 nəfərə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, onların vəziyyəti ağır (kişi) və orta ağır (qadın) kimi qiymətləndirilir.
***
19:33

Xəbər verdiyimiz kimi Sabirabadda mikroavtobusun iştirakı ilə avtomobil qəzası baş verib, 7 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində baş verib.

“FORD" markalı mikroavtobusla "Ateko" markalı avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Qəza səbəbindən Şirvan-Sabirabad yolunda 40 dəqiqə ərzində böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

***

18:47

Sabirabadda mikroavtobusun iştirakı ilə yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb.

Mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR