Sabirabadda naməlum avtomobil piyadanı vuraraq öldürüb.
APA-nı Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Suqovuşan kəndində qeydə alınıb.
Naməlum avtomobil Suqovuşan kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəmov Qurbanəli İsmayıl oğlunu vuraraq öldürüb. Hazırda polis tərəfindən piyadanın ölümünə səbəb olan avtomobil və sürücünün axtarışları istiqamətində əməliyyat aparılır.
Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb.