Bank Of Baku

Sabirabadda su kanalında batan 20 yaşlı gəncin meyiti tapılıb

Sabirabadda su kanalında batan 20 yaşlı gəncin meyiti tapılıb
# 26 iyul 2025 17:17 (UTC +04:00)

Sabirabad rayonunda su kanalında batan 20 yaşlı gəncin meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlunun boğulduğu kanala Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Ötən gündən başlayaraq aparılan axtarışlar nəticəsində suda boğulan gəncin meyiti batdığı yerdən 15-16 kilometr aralıda tapılıb, bu gün saat 16:00 radələrində aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR