Bank Of Baku

Sabirabadda üç gün əvvəl qəzada xəsarət alan sərnişin xəstəxanada ölüb

Sabirabadda üç gün əvvəl qəzada xəsarət alan sərnişin xəstəxanada ölüb
# 28 iyun 2023 01:49 (UTC +04:00)

Sabirabadda üç gün əvvəl qəzada xəsarət alan sərnişin xəstəxanada ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, iyunun 25-də Sabirabad rayonunun Bulduğ kəndində "VAZ 2106" markalı avtomobil traktorla toqquşub.

Nəticədə minik maşınında olan Bulduq kənd sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Tural Vahid oğlu və sürücü, 1977-ci il təvəllüdlü Musayev Ramin İsmət oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, ağır kəllə-beyin travması alan Əliyev Tural Vahid oğlu gecə saatlarında xəstəxsnanın reanimasiya şöbəsində ölüb.

Faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR