Bank Of Baku

Sabirabadda yol qəzasında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-2

Sabirabadda yol qəzasında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb - FOTO  - YENİLƏNİB-2
# 29 avqust 2025 20:36 (UTC +04:00)

Ötən gün Sabirabadda avtomobil qəzasında kəllə beyin travması alan və süni tənəffüs aparatına qoşulan azyaşlı ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə 2019-cü il təvəllüdlü Əlizadə Nilay Rahib qızı Şirvan xəstəxanasının reanimasiya şöbəsində ölüb.

***

16:16

Bu gün saat 13:00 radələrində Sabirabad rayonunun Güdəcühür kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2-si kişi, 2-si qadın cinsli) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Müxtəlif nahiyələrin travması, əziyi və sınığı diaqnozları təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

1962-ci il təvəllüdlü və 2000-ci il təvəllüdlü şəxslərin (kişi cinsli) vəziyyətləri orta ağır, 1998-ci il təvəllüdlü (qadın cinsli) şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilir, müalicələri davam etdirilir.

Tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunan 2020-ci il təvəllüdlü azyaşlıya (qadın cinsli) zəruri tibbi xidmət göstərilib və azyaşlı süni tənəffüs dəstəyilə təmin olunub. Vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə zamanı 1 nəfərin (kişi cinsli) xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

***

14:13

Sabirabadda yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza zamanı 1957-ci il təvəllüdlü Güdəcühür sakini Əliyev Rəhim Əlisa oğlu ölüb.

***

13:26

Sabirabadda baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.

Avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR