Bank Of Baku

Şabranda maşın aşıb, xəsarət alanlar var

Şabranda maşın aşıb, xəsarət alanlar var
# 25 dekabr 2022 12:32 (UTC +04:00)

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Şabran rayonu ərazisində keçən hissəsində qeydə alınıb.

Nəqliyyat vasitəsinin yoldan çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Fariz Bayramoğlu və 1975-ci il təvəllüdlü Samirə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR