Bank Of Baku

Şabranda ov edən şəxs saxlanılıb

Şabranda ov edən şəxs saxlanılıb
# 23 oktyabr 2024 15:15 (UTC +04:00)

Şabranda qanunsuz ov edən şəxs tutulub.

APA xəbər verir ki, Şabranda polis tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən R.Ağayev saxlanılıb.
Həmin şəxsdən 1 ədəd ov silahı, həmin silaha məxsus patronlar və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR